Poqba yenidən İtaliyada?

“Mançester Yunayted”in futbolçusu Pol Poqba karyerasını yenidən “Yuventus”da davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin agenti Mino Rayola “qoca sinyora” ilə danışıqlara başlayıb. Tərəflərin futbolçunun yayda transferi üçün müxtəlif seçimləri müzakirə etdiyi bildirilir.

Poqbayla PSJ və “Real”ın da maraqlandığı, lakin bu klubların yarımmüdafiəçi üçün böyük məbləğdə təzminat ödəmək istəmədiyi qeyd olunur.

27 yaşlı futbolçu zədə səbəbiylə cari mövsümdə sadəcə 8 oyunda oynaya bilib. MY ilə müqaviləsi 2021-ci ilin iyununda bitəcək futbolçu, 2012-2016-cı illəri “Yuventus”da keçirib.