Poqbadan ayrılıq mesajı

“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngitərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Guardian” nəşrinə danışan Poqba, “Mançester Yunayted”dən ayrıla biləcəyinin siqnalını verib:

“Mənim ətrafımda çoxlu danışıqlar gedir Üç ildən çoxdur ki, “Mançester Yunayted”dəyəm, yaxşı anlarımız da oldu. Ötən mövsümdə baş verənlərə baxmayaraq, mənim üçün hər şey yaxşı oldu. İndi isə başqa bir yerdə özümü yoxlamağımın vaxtıdır”.

Poqba ilə “Real” və “Yuventus” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button