Poqba Fransa klubunda – RƏSMİ

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən Pol Poqbanın qardaşı Florentin Poqbanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, Fransanın 2-ci liqa təmsilçisi “Soşo” ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı mlumat yayıb. Xəbərdə bildirilir ki, 29 yaşlı müdafiəçi gələn həftə tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Tərəflər 3 illik anlaşıblar.

Xatırladaq ki, son klubu MLS təmsilçisi “Atlanta Yunated” olan Florentin Poqba, karyerası ərzində “Sedan”, “Sent-Etyen”, “Gənclərbirliyi” kimi komandalarda da forma geyinib.