“Poqba bizim üçün oynamağa davam edəcək” – Sulşer

Uzun müddətdir adı “Real”la yanaşı çəkilən “Mançester Yunayted”in futbolçusu Pol Poqbayla bağlı açıqlama verilib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer, fransalı yarımmüdafiəçinin klubda qalacağını deyib:

“Poqbanın kiçik bir zədəsi var, amma o, milli komandanın düşərgəsinə qatılacaq. Daha sonra isə bura qayıdacaq. Əvvəllər də demişəm, Poqba bizim üçün oynamağa davam edəcək”.

“Real”ın Poqbanı transfer etməkdə israrlı olduğu, futbolçunun da “kral klubu”nda çıxış etmək istədiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button