“Qarabağ”ın sabiq futbolçusu klubsuz qaldı

Polşanın “Yagelloniya” klubu futbolçusu Dani Kintana ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kintana “Yagelloniya”ya bu ilin yayında transfer olmuşdu. 34 yaşlı futbolçu zədə səbəbindən Polşa təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.

Dani 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.