Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcəklər

Polşanın Vieliska şəhəri bələdiyyəsi “qızıl top” mükafatını qazana bilməyən “Bayern”in hücumçusu Robert Levandovskiyə xüsusi mükafat təqdim edəcək.

Komanda.az xəbər verir ki, bələdiyyə nümayəndəsi Kamil Yastrebski polşalı hücumçunu dünyanın bir nömrəli futbolçusu elan edəcəklərini söyləyib:

“Vieliska simvolik olaraq Levandovskini dünyanın bir nömrəli futbolçusu kimi tanıyacaq. Bəzi insanlar komandamızın kapitanı üçün “duz top”u mükafatı vermək istəyir. Onlar bu təkliflərini bizə bildiriblər”.

Vieliska bələdiyyəsinin sədri Artur Kosiol “duz top”u mükafatının bu il Levandovskiyə veriləcəyini deyib:

“Kamil Yastrebski layihə üzərində çalışır. Detallar bir neçə günə bəlli olacaq. “Qızıl top”da ədalətsizlik oldu və Levandovski də bu ədalətsizliyin qurbanı oldu. Buna görə də, Vieliska bələdiyyəsi simvolik olaraq Levandovskini dünyanın ən yaxşı futbolçusu elan edəcək”.

Levandovski “qızıl top” mükafatı sıralamasında 2-ci olub. Mükafatı argentinalı hücumçu Lionel Messi qazanıb.