“Legiya”nın baş məşqçisi Mahir Emreliyə qəzəbləndi

Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolebiyevski Avropa Liqasında “Lester”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Qolebiyevski, 1:3 hesabıyla bitən görüşdə azərbaycanlı hücumçu Mahir Emreliyə qəzəbləndiyini bildirib.

41 yaşlı mütəxəssis buraxdıqları ilk qoldan əvvəl mərkəzdə topu itirən Mahir Emrelinin reaksiyasından sonra qəzəblənib. O, 24 yaşlı futbolçunun topu itirməsinə və sona qədər mübarizə aparmamasına əsəbiləşib.

Qolebiyevski həmin epizoddakı reaksiyasına belə aydınlıq gətirib:

“Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur”.

Emreli “Lester”lə qarşılaşmada penaltidən yararlana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button