“Mahir barəsində çox müsbət fikirdə idim, tərifləyirdim” – “Legiya”nın baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Aleksandr Vukoviç müsahibə verib.

Komanda.az “legia.net” saytına istinadən xəbər verir ki, Vukoviç, klubdan ayrılacağı gözlənilən azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

“Onun barəsində xüsusi heç nə deyə bilmərəm. Mahirlə bir dəfə danışmışam. Bu, o demək deyildi ki, Mahir yanvarda qayıtmayacaq. Dedi ki, özünü klubda və komandada pis hiss edir. Bu qərarına təəccübləndim. Barəsində çox müsbət fikirdə idim, tərifləyirdim. Amma anlayıram ki, hər bir situasiyadan öz məqsədləri üçün yararlanmaq istəyən insanlar var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button