Mahir Emreli: “Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa…”

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Lester”ə (İngiltərə) qarşı keçirəcəkləri oyundan əvvəl paylaşım edib.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu, matçın oynanılacağı “Kinq Pauer” stadionundan məşq fotolarını paylaşıb və bunları qeyd edib:

“Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm”.

Bu gün keçiriləcək “Lester” – “Legiya” matçı saat 00:00-da start götürəcək.