Podolski bir aylıq sıradan çıxdı

Türkiyənin “Antalyaspor” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisinin alman hücumçusu Lukas Podolski sıradan çıxıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, təcrübəli forvard azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Antalyaspor”un digər zədəli futbolçularından Fredi də azı bir həftə məcburi istirahət etməli olacaq. Ersan Gülüm və Sinan Gümüşün zədəsi isə elə də ciddi deyil və onların növbəti oyuna – “Trabzonspor”la qarşılaşmaya kimi sıraya dönməsi gözlənilir.