Poçettinodan Keyn və Eriksen açıqlaması

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqası və transferlərlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, geridə qalan Çempionlar Liqası mövsümü haqqında danışan argentinalı mütəxəssis, final matçında “Barselona” ilə qarşılaşmaq istədiyini deyib:

“Enfild Roud”da hər şey mümkündür, amma heç kim 4:0 hesabını gözləmirdi (“Liverpul”un “Barselona”nı məğlub etməsini nəzərdə tutur). Nəticəyə təəssüfləndim, çünki final matçında “Barselona” ilə qarşılaşmaq istəyirdim”.

Poçettino, yeni mövsümün hazırlıqları ilə bağlı da açıqlama verib:

“Harri Keyn və Kristian Eriksenin komandada qalıb-qalmayacağını bilmirəm. “Mançester Siti”də Pep Qvardiola və “Liverpul”da Yurgen Klopp transfer qərarları verməkdə sərbəstdir, amma “Tottenhem”də vəziyyət fərqlidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button