“Piterboro” Sərhatın yoxluğunda məğlub oldu

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 7-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Şrusberi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Serhat bu qarşılaşmanın iştirakçısı olmaayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.

“Piterboro Yunayted” hazırda 28 xalla 23 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button