“Pirlo Sarridən çox fərqlidir”

İtaliya A Seriyasında yeni mövsümün ilk turu çərçivəsində “Sampdoriya”ya 3:0 hesabı ilə qalib gələn “Yuventus”un futbolçusu Leonardo Bonuççi açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Bonuççi, yeni baş məşqçi Andrea Pirlonun “qoca sinyora”nın keçmiş çalışdırıcısı Mauritsio Sarridən fərqləndiyini bildirib:

“Topa sahib olmada və hücumda daha keyfiyyətli oyun göstəririk. Pirlo Sarridən çox fərqlidir. Ən böyük fərq müdafiədə və hücumdadır. Sarridə bir qrup olaraq müdafiə olunurduqsa, Pirloda daha fərdi mübarizələr olur. O, bizə aqressiv oyun göstərmək üçün azadlıq verir. Klub tərəfindən edilən bütün dəyişiklikləri qəbul etdik. Yeni baş məşqçimiz Pirlo keçənilki futbol anlayışımızı dəyişdirdi. Bunun doğru olub-olmadığını demək üçün tezdir, amma çox fərqli komandayıq”.