Pike əməliyyat olunmayacaq

“Barselona”nın zədəli futbolçusu Jerar Pike əməliyyat olunmayacaq.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi əməliyyat olunacağı halda daha uzun müddət oynaya bilməyəcəyi üçün bu addımdan imtina edib. Bunun əvəzinə, Pike daha effektli müalicə alacaq. Müalicə gözlənilən kimi getsə, futbolçu ən geci gələn ilin aprel ayında yaşıl meydanlara qayıda biləcək.

Daha əvvəl verilən məlumatda Pikenin əməliyyat olunacağı və 6 ay oynaya bilməyəcəyi qeyd olunmuşdu.

Pike İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçirilən “Atletiko” ilə matçda (0:1) zədələnib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button