PFL təxirə salınmış oyunların yeni tarixini açıqladı

Peşəkar Futbol Liqası qarlı hava şəraiti ilə əlaqədar başa çatdırılmadan dayandırılmış və keçirilməsi mümkün olmayan 1-ci divizion oyunlarının yeni tarixlərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, təxirə salınmış bütün görüşlər martın sonlarında keçiriləcək.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Görüşlərin başlanma saatları ilə bağlı əlavə məlumat veriləcək.

Oyunların keçiriləcəyi tarixləri təqdim edirik:

Birinci divizion

13-cü turdan təxirə salınmış oyunlar

23 mart

Turan Tovuz – Sumqayıt
Tovuz şəhər stadionu, 52-ci dəqiqədən etibarən

Kəpəz – Qaradağ Lökbatan
Gəncə şəhər stadionu

14-cü turdan təxirə salınmış oyunlar

27 mart

Sabah-2 – Keşlə-2
Masazır. Bank Respublika Arena, ehtiyat meydança

28 mart

Neftçi-2 – Sumqayıt-2
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança)

MOİK – Kəpəz
Binə qəsəbə stadionu