PFL rəsmisi: “Borcu olan klublar oyuna daxil ola bilməyəcəklər”

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümündə bir sıra dəyişikliklər olacaq.

Komanda.az xəbər verir ki, bu barədə qurumun Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib:

“Bu bir ay ərzində klublarla əməkdaşlığı gücləndiririk. Müəyyən dəyişikliklər olacaq. Yeni sistem yaş limitinin pozulmasına icazə verməyəcək. Eyni zamanda, əvəzetmələr zamanı da səhvlər olmayacaq. Bu sistemə aid təkliflər olarsa, bunun üzərində çalışacağıq.

Bundan başqa, borcu olan klublar oyuna daxil ola bilməyəcəklər. Legionerlərə görə klubun borcu ödənilməlidir. Oyunların vaxtı ilə əlaqədar dəyişikliklərlə bağlı daha tez məlumat verilməlidir. Bundan başqa, oyunöncəsi məşqin vaxtı hər iki klub arasında razılaşdırılmalıdır və PFL-ə məlumat verilməlidir”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button