PFL “Neftçi” ilə “Keşlə”nin oyunlarının yerini dəyişdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində daha bir dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə “Neftçi” ilə “Keşlə” arasındakı oyunların yerinin dəyişdirildiyi diqqətə çatdırılıb. Belə ki, 3-cü dövrədə 19-cu turun oyunu “Neftçi” – “Keşlə”, 4-cü dövrədə 25-ci turun qarşılaşması isə “Keşlə” – “Neftçi” olub.

Dəyişikliyə 8-ci km stadionunda aparılacaq təmir və yenidənqurma işləri səbəb göstərilib.