PFL “Keşlə” – “Zirə” matçının başlama saatını dəyişdi

Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda.az xəbər verir ki, paytaxt klubu PFL-ə ünvanladığı rəsmi məktubda Azərbaycan Premyer Liqasının 23-cü turunun “Keşlə”– “Zirə” matçının keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş olunub.

Bütün bunları və “Zirə” klubunun razılığını rəhbər tutan PFL Premyer Liqanın 27-ci turunun “Keşlə”– “Zirə” matçının başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.