“Qəbələ”nin macarlarla oyunu canlı yayımda

Peşəkar Futbol Liqası ötən qış olduğu kimi klublarımızın Antalyadakı təlim-məşq toplanışında keçiriləcək yoxlama oyunlarının canlı yayımına başlayır.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi “facebook” hesabı məlumat yayıb. Bu gün ilk olaraq Bakı vaxtı ilə saat 17:00-da start götürəcək “Qəbələ” – “MTK Budapeşt” (Macarıstan) görüşü PFL-in “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.