16 il sonra yetirməsi olduğu kluba qayıdır

Peru milli komandasının üzvü Cefferson Farfanın yeni iş yeri məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Alyans Lima” klubuna keçəcək. Farfanla iki illik müqavilə imzalanacaq.

Farfan “Alyans Lima” klubunun yetirməsidir. Yarımmüdafiəçi 1998-2004-cü illər aralığında məhz bu komandada çıxış edib.

Karyerası ərzində PSV (Niderland) və “Şalke” (Almaniya) kimi klublarda çıxış edən yarımmüdafiəçinin son ünvanı Rusiya “Lokomotiv”i olub. Farfan, Peru millisində 94 oyunda 27 qol vurub.