Peresin Özillə bağlı səs yazısı: “İtaliyalı sevgilisi ilə “İnter” və “Milan”ın bütün futbolçuları yatıb”

İspaniyanın “El Confidencial” nəşrinin “Real”ın prezidenti Florentino Peresin səs yazılarını yaydığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, illər əvvələ aid olan səs yazılarında Peresin vaxtı ilə “Real”da çıxış etmiş Məsut Özillə bağlı da fikirləri var.

“Kral klubu”nun prezidenti Özilin Madridə gələrkən sevgilisini Milandan olan bir modellə dəyişdiyini deyib. Daha sonra Peres bildirib ki, həmin dönəmdə “Real”ın baş məşqçisi olan Joze Mourinyo Özilə “İnter” və “Milan” komandalarının bütün futbolçularının, hətta hər iki klubun texniki işçilərinin həmin modellə yatdığını deyib. Peres sonra sözlərinə belə davam edib:

“Özil gələndə 21 yaşında idi, sevgilisi vardı, amma Madridi dərhal kəşf etdi və həyat tərzini dəyişdi. Sevgilisini özündən uzaqlaşdırdı, italiyalı modellə birlikdə olmağa başladı. Qız dostunu s… və geri göndərdi”.

Türk əsilli almaniyalı Məsut Özil “Real”da 2010-2013-cü illərdə forma geyinib. Futbolçu hazırda “Fənərbaxça”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button