Pepe finalda oynamayacaq

Futbol üzrə Portuqaliya yığması UEFA Millətlər Liqasının finalında qarşılaşacağı Hollandiya millisi ilə oyuna ciddi itki ilə çıxacaq.

Komanda.az xəbər verir ki, Pepe, həlledici görüşdə komandasına kömək edə bilməyəcək.

Təcrübəli futbolçu İsveçrəyə qalib gəldikləri (3:1) yarımfinal görüşündə çiynindən ağır zədə alıb. Həkim müayinəsindən sonra onun zədəsinin ciddi olduğu və finalda iştirak edə bilməyəcəyi dəqiqləşib. Pepe artıq komandanın heyətindən kənarlaşdırılıb. Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Portuqaliya və Hollandiya yığmaları arasındakı həlledici görüş iyunun 9-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button