“Bunlar bu yaşda bir insan üçün normaldır” – Pele

Bir müddət əvvəl sağlamlığı ilə bağlı problemlər yaşadığı deyilən Pele açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, səhhəti ilə bağlı danışan sabiq futbolçu, bunları deyib:

“Hazırda yaxşıyam. Fiziki məhdudiyyətlərimi mümkün qədər qəbul edirəm, amma oyunu davam etdirmək niyyətindəyəm. Həm yaxşı, həm də pis günlərimiz olur. Bunlar bu yaşda bir insan üçün normaldır. Heç bir şeydən qorxmuram, qətiyyətimdən əminəm”.

Bir müddət əvvəl futbolçunun oğlu atasının depressiya yaşadığını bildirmişdi.