Paytaxt klubunda yeni müqavilə

İtaliyanın “Roma” klubu serbiyalı müdafiəçisi Aleksandr Kolarovu daha bir mövsüm heyətində saxlamağa qərar verib.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu paytaxt təmsilçisi ilə müqaviləsinin müddətini daha bir il müddətinə artırıb.

Əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda başa çatacaqdı. Yeni müqaviləyə əsasən, Kolarov 2021-ci ilin yayına qədər “canavarlar”ın uğurları üçün çalışacaq. Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Kolarov 2017-ci ilin yayından “Roma”nın uğurları üçün çalışır. O, paytaxt təmsilçisində 113 oyuna çıxıb, 17 qola imza atıb.