Paytaxt klubunda ciddi itki

İngiltərənin “Tottenhem” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, London təmsilçisinin belçikalı müdafiəçisi Tobi Alderveyreld zədələnib.

Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo məlumat verib. Portuqal mütəxəssisin sözlərinə görə, Alverveyreld Premyer Liqanın 9-cu turu çərçivəsində “Mançester Siti”yə qarşı keçirdikləri oyunda sıradan çıxıb.

Mourinyo belçikalı mərkəz müdafiəçisinin azı iki həftə yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Lakin 31 yaşlı futbolçunun bərpası bir ay da çəkə bilər.