Paytaxt klubunda ciddi itki

İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin yarımmüdafiəçisi Adam Maruşiç zədələnib.

Monteneqrolu futbolçu “İnter”lə oyunda (1:1) sıradan çıxıb. 27 yaşlı futbolçu zədə səbəbindən azı 3 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq.

İtaliya mətbuatının yazdığına görə, Maruşiç A Seriyası çərçivəsində “Sampdoriya” və “Bolonya”, eləcə də Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunlarda komandasına kömək edə bilməyəcək.