Paytaxt klubu yeni baş məşqçisini rəsmən açıqladı

Almaniyanın “Herta” klubunda gözlənilən təyinat rəsmiləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Bruno Labbadianı baş məşqçi postuna gətirib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssis qarşıdakı günlərdə işinə başlayacaq və komandanı mövsümün qalan 9 matçına hazırlayacaq. Ona Erdinç Sözer və Olaf Yanssen yardımçı məşqçi kimi kömək edəcək.

Labbadia daha əvvəl Almaniyada “Bayer”, “Hamburq”, “Ştutqart”, “Volfsburq” kimi klubları çalışdırıb.

Hazırda Bundesliqanın 13-cü sırasında qərarlaşan “Herta”nı Aleksandr Nuri çalışdırır.