Paytaxt klublarından uğurlu start

İtaliya A Seriyasında 2022/23 mövsümünün ilk turunun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Fiorentina” – “Kremoneze” matçında meydan sahibləri qələbə qazanıblar. “Spetsiya” “Empoli”ni, “Latsio” da “Bolonya”ı məğlub yola salıb. “Roma” isə səfərdə “Salernitana”nı minimal fərqlə üstələyib.

İtaliya A Seriyası
1-ci tur

14 avqust

Fiorentina – Kremoneze 3:2
Qol: Bonaventura, 16. Yoviç, 34. Mandraqora, 90+5 – Okereke, 19. Buonayuto, 68.

Latsio – Bolonya 2:1
Qol: De Silvestri, 68-öz qapısına. İmmobile, 79 – Arnautoviç, 38-pen.

Salernitana – Roma 0:1
Qol: Kristante, 33.

Spetsiya – Empoli 1:0
Qol: Nzola, 36.