Pavloviç: “Lazım olan nəticəni qazanacağımıza inanıram”

Kiprin APOEL klubunun futbolçusu Andriya Pavloviç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib:

Komanda.az xəbər verir ki, serbiyalı hücumçu jurnalistlərin suallarını cavablandırıb:

  • Oyun haqda fikirləriniz?
  • İlk oyunda yaxşı çıxış etdik. Daha da yaxşı oynaya bilərik. “Qarabağ” güclü komandadı. Sabahkı oyunda mübarizə apararaq, qələbə qazanmağa çalışacağıq.
  • Bakıya 3-cü gəlişinizdi. “Çukariçki” və “Kopenhagen”lə burda olmusuz. Bura yadınızda necə qalıb?
  • İlk olaraq “Qəbələ”yə qarşı oynamışdıq. Hesab yadımda deyil. “Kopenhagen”in heyətində bura gələndə məğlub olduq və mərhələni keçə bilmədik. Burda oynamaq heç vaxt asan olmayıb. Özümüzə inanmalıyıq. Lazım olan nəticəni qazanacağımıza inanıram.