Pavel Paşayev oynadı, “Aleksandriya” qalib gəldi

Ukraynanın “Aleksandriya” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi “Dnepr-1” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button