Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Türkmənistanın “Altın Asır” klubu ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb. “Aleksandriya” rəqib qapısından 5 cavabsız top keçirib.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.