Paşayevin komandasından “Şaxtyor”la heç-heçə

Futbol üzrə Ukrayna Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” 10 turdan sonra 14 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.