Paşayevdən məhsuldar ötürmə, komandasından darmadağın

Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi komandasının 3-cü dəqiqədə vurduğu ilk qol zamanı məhsuldar ötürmə müəllifi olub.

“Aleksandriya” 4 turdan sonra 6 xalla 14 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.