Paşayev üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Desna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Aleksandriya” 8 turdan sonra 10 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.