Paşayev üçün 45 dəqiqə və 1 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Zarya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Aleksandriya” 29 turdan sonra 44 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.