Paşayev oynadı, komandası 5 qola sevindi

Ukraynanın “Aleksandriya” klubu növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Pavel Paşayevin formasını geyindiyi sözügedən klub “Çerkaşina” ilə qarşılaşıb.

“Aleksandriya” aşağı liqa təmsilçisi ilə oyunda darmadağına sevinib – 5:0. Paşayev də bu görüşün iştirakçısı olub.

Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button