Paşayev “fərqləndi”, komandası evdə uduzdu

Futbol üzrə Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Vorskla” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 3 turdan sonra 3 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.