Paşayev Avroliqanın ən yaxşıları sırasında

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

Komanda.az xəbər verir ki, “Aleksandriya”da çıxış edən Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayev də ən yaxşılar sırasında qərarlaşıb.

Cinah oyunçusu bu baxımdan fərqlənənlər arasında olub. Belə ki, o, “Aleksandriya”nın heyətində qrup mərhələsinin geridə qalan 5 oyununda ən çox dəqiq ötürmə verən üçüncü oyunçudur. 31 yaşlı müdafiəçinin 196 ötürməsindən 144-ü ünvana çatıb. Bu da 73 faizlik göstərici deməkdir.

5-ci turda öz meydanında “Volfsburq”a 0:1 hesabı ilə məğlub olan “Aleksandriya” növbəti mərhələ şansını itirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button