“Partizani” – “Qarabağ” matçı canlı yayımda

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “Qarabağ” matçını canlı yayımlayacaq telekanal məlum olub.

Komanda.az xəbər verir ki, iyulun 10-da keçiriləcək qarşılaşma “CBC Sport” kanalından canlı yayımlanacaq. Bu barədə telekanalın rəsmi “facebook” səhifəsi məlumat yayıb.

“Partizani” – “Qarabağ” matçı iyulun 10-da, saat 19:30-da başlayacaq. Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.