Darmian rəsmən “İnter”də

“Parma”nın müdafiəçisi Matteo Darmian karyerasını “İnter”də davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “neradzurra”nın mətbuat xidməti məlumat yayıb. “İnter” 30 yaşlı müdafiəçini bir illik icarəyə götürüb.

Daha əvvəl “Milan” və “Mançester Yunayted” kimi klublarda çıxış edən Darmian, İtaliya yığmasında 36 oyunda 1 qol vurub.