Rüfət Dadaşov Bundesliqa klubuna niyə keçməyib?

“Paderborn” ABŞ-ın “Feniks Rizinq” klubuna transfer olunan Azərbaycan millisinin üzvü Rüfət Dadaşovla maraqlanırmış.

Komanda.az xəbər verir ki, Dadaşov, hücumçu axtarışında olan Bundesliqa təmsilçisinin transfer siyahısında olub. Bu barədə “reviersport.de” saytı məlumat yayıb. Xəbərdə, “Paderborn”un Dadaşovu transfer etmək istəsə də, hücumçunun klubu “Proyssen”ə rəsmi təklif göndərmədiyi bildirilir.

Rüfət, “Paderborn” variantının qeyri-müəyyən olması və “Feniks Rizinq”in daha cəlbedici təklifl etməsi səbəbindən ABŞ təmsilçisinə “hə” deyib.

Rüfət Dadaşov 2018-ci ildən Almaniyanın 3-cü Bundesliqasında mübarizə aparan “Proyssen”də forma geyinirdi. 28 yaşlı forvard ABŞ-ın “Feniks Rizinq” klubuyla anlaşıb və yaxın zamanda rəsmi müqavilə imzalayacaq.

“Paderborn” hazırda Bundesliqada sonuncu – 18-ci sırada yer alır.