“Özümüzdən razı olmağa əsasımız yoxdu” – Nikola Yurçeviç

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan və Slovakiya ilə qarşılaşacaqları oyunlara hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışını dəyərləndirib:

  • Əvvəlki toplanışla bu toplanış arasındakı fərq böyükdü. İlk toplanışda vaxtımız az idi, ancaq indi qarşımızda hazırlıq üçün uzun müddət var. İş bir az qəlizdi. Çünki bəzi oyunçular son matçını mayın 11-də keçiribsə, bəziləri də kubokun finalında oynayıb. Bəzi oyunçular da sonradan qoşulacaq toplanışa. Bu işi bir az qəlizləşdirir. Burdakı oyunçularımız – hazırda bizlə olanlar mayın 11-də oyun keçirənlərdi. Ayın 24-dən etibarən 21 futbolçu olacaq. Bunların da 2-si qapıçıdır. 16 nəfərlə başlamışıq. Növbəti günlərdə Dmitri Nazarov, Dadaşov qardaşları, Pavel Paşayev, Emil Balayev, Bəhlul Mustafazadə də düşərgəyə qoşulacaq. Ramil Şeydayev, Eddi İsrafilov və başqaları sonra qoşulacaq. Onlar bizimlə 1 həftə olacaq. Oyunun ciddiliyini hamımız görürük. Hamı canla-başla hazırlaşır. Yeganə çatışmayan cəhətimiz odur ki, vacib 3-4 oyunçu əvvəldən bizimlə olmayacaq. Onlar son 1 həftəni olacaq. İnanıram ki, stadion da dolu olacaq və istədiyimiz nəticəni əldə edəcəyik. Heyətimiz 27 nəfərdən ibarət olacaq. Bunlar son heyətə düşmək üçün çalışacaq. Ümid edirəm ki, zədəli olmayacaq, hamı tam formada olacaq. Heyətdən sonda 2-3 oyunçu çıxaracağıq. Onların bizimlə qalıb-qalmayacağına sonda qərar verəcəyik. İyunun 1-də U-21 yığması ilə oyunumuz olacaq.
  • 27 futbolçudan əlavə nəzərinizdə olan oyunçu varmı?
  • 27 nəfər son siyahıdı.
  • Şahruddin Məhəmmədəliyev klubunda davamlı oynamır, oynadığı matçlarda da ciddi səhvlər edir. Onu milliyə çağırmaqla nə dərəcə düzgün qərar vermisiz?
  • Son toplanışımızda da Şahruddin komandayla birgə olub. Qapıçıların çağırılması, onların oyununa qiymət vermək qapıçılarla iş üzrə məşqçinin işidir. Mən onun işinə qarışmıram.
  • U-21-lə başqa komanda tapmadığınız üçünmü oynayırsız? Bu, komandaya mənfi təsir etməzmi?
  • Bu, bizim üçün problem olmaz. Başqa komandalarda da bu problem var. Hətta biz xaricdən də komanda tapmış olsaq, yenə də oyuna tam heyətlə çıxa bilməyəcəkdik. Hesab edirəm ki, digər komandalarda olduğu kimi, bizdə də eyni vəziyyətdisə, bu, problem olmaz. FİFA-nın nizamnaməsinə uymalıyıq. Məsələn, Xorvatiya millisi 4-cü liqa təmsilçisinə qarşı oynayacaq. Yəni, başqa komandalarda da eyni vəziyyətdi. Bu problemlərə görə çox milli komandalar iyun ayını yaxşı qarşılamır.
  • Macarıstan və Slovakiya ilə oyunlarda minimum hədəf nədi?
  • Bu və ya buna oxşar suallarla bir neçə dəfə qarşılaşmışam. Əvvəlcədən təxmin etməyəcəm. Əsas diqqətimizi ilk oyuna veririk. Sonra da ikinci oyuna hazırlaşacağıq. Bacardığımız qədər yaxşı oyun sərgiləməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdu. Çox çalışmalıyıq.
  • İlk oyunla ikinci oyun arasında dəyişiklik düşünəcəksizmi?
  • Əvvəlcə ilk oyunu fikirləşməliyik. Kiminsə ikinci oyunu fikirləşməsi, hadisələri qabaqlamaq olar. İlk oyunun nəticəsi yaxşı olarsa, ikinci oyun qabağı komandaya müəyyən güc verəcək. İkinci oyunda müəyyən dəyişiklik ola bilər. Ancaq radikal dəyişiklik etmək kimi bir fikir yoxdur. Əvvəlcə ilk oyunu qutaraq, sonra ikinci oyununun faydasını görək. Mən heç vaxt görməmişəm ki, yaxın günlərdə 2 rəsmi oyun keçirən komanda fərqli 11-liklə matça çıxsın.
  • Millidə əsas düşünülən mövqe qapıçı mövqeyidir. Əsas qapıçının kim olacağına qərar vermisizmi?
  • Yəqin ki, Xorvatiya və Litva ilə oyundan fərqli olmayacaq. İndiki vəziyyətə görə deyirəm. Dəyişikliyə əsas görmürəm.
  • Ayaz Quliyevlə bağlı məlumatınız varmı və onunla danışıb milliyə gətirməyə çalışacaqsızmı?
  • Onun haqda eşitmişəm. Yaxşı oyunçu olduğunu mən də bilirəm. Ancaq gələcəkdə Azərbaycan üçün oynayacağını bilmirəm. Məşqçi olaraq mənim əlimdə olan səlahiyyət deyil. Onunla söhbət etməmişəm, ancaq millidə olmasını istəmişəm. Hazırda məsələnin nə yerdə olduğunu bilmirəm.
  • Türkiyədə oynayan, vaxtı ilə millidə çıxış etmiş futbolçular var. Onlar klublarında kifayət qədər oynayır. Həmin oyunçuları milliyə dəvət etməklə bağlı düşünürsüzmü?
  • Millidə oynaya biləcək istənilən futbolçuyla maraqlanıram. Onların hamısı barədə məlumatım var. Ümid edirəm ki, gələcək oyunlarda həmin futbolçular özlərini yaxşı göstərəcək, biz də onları dəvət edəcəyik.
  • “Trabzonspor”un futbolçusu Cem Akpınar hələ mili komanda seçimini etmədiyini deyib. Ancaq Türkiyədən təklif gözləyir…
  • Onunla bağlı ətraflı məlumatım yoxdur. Bəzən elə olur ki, hər kəsin tanımadığı bir adamı mən tanımaya bilərəm. Bizim üçün maraqlı oyunçu olarsa, ona yox demərik. 27 nəfərlə planlaşdırırıq heyəti. Burda zədələnmələr və başqa problemlər ortaya çıxa bilər. Sonuncu həftənin də yekununda bütün futbolçular sağlam olarsa, 2-3 futbolçunu bəlkə geri göndərdik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button