“Özümü və klubu çətin vəziyyətə salmaq istəmirəm” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, müqaviləsi cari mövsümün sonunda başa çatacaq isveçli futbolçu, bunları deyib:

“Özümü lider kimi hiss edirəm. Mən irəlidə gedirəm, komanda məni izləyir. Əla mövsüm keçiririk, amma çempionluqla bağlı danışmaq üçün çox tezdir. Hər oyunda özümdən və komandadan ən yaxşısını istəyirəm.

Özümü yaxşı hiss etdiyim müddətdə oynayacam. Müqaviləm iyunda başa çatacaq. Klubla bu barədə danışacağıq. Özümü və klubu çətin vəziyyətə salmaq istəmirəm”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button