“Özümü onunla müqayisə etmirəm” – Alisson

Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Bavariya” ilə qarşılaşacaq “Liverpul”un qolkiperi Alisson Bekker açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı qapıçı, Münhen təmsilçisinin futbolçuları – Manuel Noyer və Robert Levandovskinin ünvanına təriflər yağdırıb:

“Özümü Noyerlə müqayisə etmirəm. O, son 10 ilin ən yaxşı qapıçısıdır. Mənə hələ təzə başlamışam. Ona qarşı oynamaq mənim üçün yuxu kimi idi. Xəyallarım gerçəkləşdi.

Levandovski çox yaxşı forvarddır, dünyanın ən yaxşılarındandır. Onu və digər “Bavariya”lı futbolçuları dayandırmağa çalışacağıq. Bunun üçün hazırıq.

Həm Premyer Liqanı, həm də Çempionlar Liqasını qazanmaq istəyirik. Uzun müddətdir ki, ikisini də qazanmırıq. İki kubok üçün də mübarizə aparmalıyıq”.

“Bavariya” – “Liverpul” matçı bu gün, saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.