“Özümü rahat hiss etmirdim” – Lukaku

Bir müddət əvvəl “Mançester Yunayted”dən “İnter”ə transfer olunan Romelu Lukaku açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı futbolçu, “qırmızı şeytanlar”dan ayrılmasının səbəbləri haqqında danışıb:

“Onlar hər zaman bütün problemlərin günahkarı ola biləcək insan tapmalı idilər. Bu, Pol Poqba, Aleksis Sançes və ya mən olurdum. Klubdakı bir çox insan komandanın bir parçası olmadığımdan əmin idi. Bunu hər söhbətdən sonra hiss edirdim. Klubda pis oynayırdım, amma milli komandanın heyətində oyunum hər zaman yaxşı alınırdı və özümü xoşbəxt hiss edirdim. Bunu necə izah etmək olar? Hamımız bilirik ki, klub oyunları ilə milli komandanın matçları fərqlənir. Amma “Mançester Yunayted”in məşqçi heyəti Belçika millisinin nümayiş etdirdiyi oyunu göstərməyimizi istəyirdi.

Özümü rahat hiss etmirdim. Karyeramla bağlı çoxlu şayiələr vardı. Amma klubdan heç kim bunları dayandırmaq üçün heç bir iş görmədi. Onlara da dediyim kimi, istəmədiyim yerdə qalmaq mənim üçün yaxşı olmazdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button