Ozandan uğurlu debüt

Futbol üzrə Niderland birinci divizionunda 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün yenicə müqavilə bağladığı “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Villem II” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” 2 oyuna topladığı 6 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.