Ozan oynadı, komandası Super Liqa klubuna qalib gəldi

Türkiyənin “Girəsunspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi TFF 1-ci liqa təmsilçisi Super Liqada mübarizə aparan “Rizəspor”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Ozan da bu görüşün iştirakçısı olub. O, 89-cu dəqiqədə meydana buraxılıb.