Ozan Canın komandası autsayderlə bacarmadı

Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə sonuncu pillədə qərarlaşmış “Karabükspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Ozan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Girəsunspor” 29 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.