Ozan Candan məhsuldar ötürmə, “Telstar”dan heç-heçə

Futbol üzrə Niderland 2-ci liqasında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Oss”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Komandasının 51-ci dəqiqədə vurduğu bərabərlik qolunun məhsuldar ötürməsini də Kökçü verib.

“Telstar” 17 oyuna topladığı 18 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button