Ozan Can üçün 30 dəqiqə və 1 xal

Futbol üzrə Niderland 2-ci liqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb.

Ozan “Sabah” klubundan icarə əsasında “Telstar”a keçib. O, Niderland təmsilçisində 5 oyuna çıxıb.

“Telstar” 2-ci liqada 25 turdan sonra 34 xalla 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button